Moskva birjasında dollar 108 rublu keçib.Axar.az xəbər verir ki, hazırda dollar 108,52, avro isə 120,75 rubla qalxıb.
Bu, tarixi maksimumdur.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması qərarından sonra ötən gün rublla bağlı xaos yaşanır. Qara bazarda dolların 150-200 rubl arasında satıldığı bildirilir.
Bəzi banklar artıq dolların kursunu fantastik dərəcədə bahalaşdırıb. Məsələn, “Tinkoff” bankında bir dollar 170 rubla, bir avro isə 182 rubla satılır.
“Rayffayzenbank”da bir dollar 150, avro isə isə 169 rubla təklif olunur.
“Promsvyazbank” əhalidən ABŞ valyutasını 72,94 rubla alır və 132,94 rubla satır, avronu isə müvafiq olaraq 83,38 rubla alır, 143,38 rubla satır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.