Yeni qaz kəmərinin 500 mln kub metr potensialı var
Bu il TANAP boru kəməri ilə Türkiyəyə 10,2 milyard, Avropaya isə 12 milyard kubmetr qaz nəql ediləcək. İğdır və Naxçıvan arasında təbii qaz kəmərinin 500 milyon kubmetr qaz nəqli potensialı var Antiterror tədbirlərindən sonra prezidentlərin Naxçıvanda görüşməsi olduqca əhəmiyyətlidir.İmzalanan yeni sənədlərlə bərabər vacib mesajlar verildi.Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğanla Prezident İlham Əliyevin Naxçıvan görüşü hələ çox danışılacaq.Birgəyaşayış,reinteqrasiya məsələlərinin gündəmdə olduğu bir vaxtda iki lider həm də region üçün əhəmiyyətli olan planları müzakirə etdilər. Naxçıvan görüşü bir daha Şuşa bƏyannaməsini yadımıza salır.Qardaş və Müttəfiq ölkə Türkiyə ilə imzalanmış vacib sənəd kağız üzərində qalmadı. Xatırladaq ki,2000-ci il dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumuna əsasən bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: