sedanews.az
sedanews.az

Sərt karantin rejimi ilə bağlı daha bir açıqlama

16-04-2021, 12:37 41 dəfə baxılıb

Sərt karantin rejimi ilə bağlı daha bir açıqlama 



Bu gün karantin qaydalarının normal icra olunması və yüksək səviyyədə aparılan peyvənd proqramı ümid yaradır ki, biz epidemioloji vəziyyəti nəzarətdə saxlayaraq, xüsusi sərtləşməyə və ya qapanmalara getməyək.
Axar.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.
O bildirib ki, xəstəxanalardakı çarpayı ehtiyatı da qapanmalara gedilməməsinə şərait yaradır:
“Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, reanimasiyalarda çarpayı fondunun 60-70 faizi dolarsa, müəyyən tədbirlər görülməlidir. Bizdə isə həm stasionar, həm də reanimasiyalarımızdakı çarpayı fondumuzda kifayət qədər yer var.
Azərbaycanda digər ölkələrlə müqayisədə epidemioloji vəziyyət idarə olunur. Hesab edirəm ki, bu, bizi ciddi qapanmalara getməyə vadar etməyəcək. Buna baxmayaraq narahat olmağa hər zaman əsas var. Reanimasiyaya ehtiyacı olan xəstələrin sayı artdığı halda müəyyən sərtləşmə qaydalarına getmək məcburi olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA