Dağlıq Qarabağ Putinin imicini dağıtdı - NYT
Belarus, Qırğızıstan və Dağlıq Qarabağda eyni anda başlayan böhran Rusiyanın bu regionlardakı təsir səviyyəsinə neqativ təsir göstərir.Axar.az xəbər verir ki, bu iddia ilə “Nyu York Tayms” qəzeti çıxış edib. Qəzet bu böhranların Vladimir Putinin dünya arenasında məşhur olan taktika ustası imicini dağıtdığını bildirib.
Qeyd olunub ki, Rusiya uzun illər apardığı qlobal güc olmaq cəhdlərindən sonra qeyri-stabillik əhatəsinə düşüb.
Bununla bərabər Rusiya liderinin imicinə, həmçinin daxili qeyri-stabillik faktorları da təsir edib. Bu sırada isə ilk növbədə Xabarovskdakı etirazlar göstərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.