sedanews.az
sedanews.az

“Lazım gəlsə, bölgədə hətta irimiqyaslı müharibə əməliyatlarının aparılması da ehtimallar içərisindədir...”

14-12-2020, 12:39 507 dəfə baxılıb

“Lazım gəlsə, bölgədə hətta irimiqyaslı müharibə əməliyatlarının aparılması da ehtimallar içərisindədir...”

“Azərbaycanla dəfələrlə qeyd edəndə ki, “erməni silahlıları bu ərazilərdən çıxarılmalıdır”, ruslar bunu qulaqardına vururdu. Azərbyacan Ordusunun Xüsusi Təyinatlıları həmin ərazidə əməliyyat keçirdi və erməni silahlılarının bir qismi zərərsizləşdirildi, bir qismi isə əsir götürüldü. Bundan sonra isə Rusiya sülhməramlıları bölgədə atəşkəsin pozulmasıyla bağlı məlumat yayıblar”
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq Rusiyanın bölgədə ermənipərəst mövqe sərgilədiyini bildirib:
“Ermənilər sözün həqiqi mənasında təxribata əl atırlar. Bu müddət ərzində onlardan ibarət olan bir partizan dəstəsi meşələrdə gizlənib və hətta təchizatları da yerində olub. Onlar qəfil hücuma keçərək Azərbaycan Ordusunun üç əsgərini şəhid edib, ikisini də yaralayıblar. Bir gün sonra isə bir əsgərimizi şəhid edib, bir əsgərimizi də yaralayıblar. Bu isə erməni silahlı birləşmələrinin ərazilərdən çıxarlmamasının nəticəsidir. Azərbaycanla dəfələrlə qeyd edəndə ki, “erməni silahlıları bu ərazilərdən çıxarılmalıdır”, ruslar bunu qulaqardına vururdu. Azərbyacan Ordusunun Xüsusi Təyinatlıları həmin ərazidə əməliyyat keçirdi və erməni silahlılarının bir qismi zərərsizləşdirildi, bir qismi isə əsir götürüldü. Bundan sonra isə Rusiya sülhməramlıları bölgədə atəşkəsin pozulmasıyla bağlı məlumat yayıblar. Azərbaycan Ordusu silahlı erməni qruplarını zərərsizləşdirəndən sonra ortaya yeni xəritə çıxardılar və bildirdilər ki, Hadrutun Azərbaycan Ordusu yerləşən hissəsində də Rusiya sülhməramlılarının blok postu yaradılacaq. Azərbaycan isə qəti sürətdə buna etirazını bildirdi və bu isə Moskvada imzalanan atəşkəs sazişinin qaydalarına ziddir. Çünki Azərbaycan Ordusu hansı hissələri tutubsa, o hissələrdə də qalmalıdır. Azərbaycan Ordusu hissələrinin içinə Rusiya sülhməramlılarının gəlməsi nəzərdə tutulmayıb. Hələ ki, danışıqlar prosesi gedir, vəziyyət sabitdir, amma hər halda ruslar getdikcə, öz iddialarını qaldırırlar və daha çox ermənipərəst mövqe nümayiş etdirməyə çalışırlar. Mənə elə gəlir ki, vəziyyəti stabilləşdirmək mümkün olacaq və lazım gəlsə, bölgədə hətta irimiqyaslı müharibə əməliyatlarının aparılması da ehtimallar içərisindədir. Ona görə də Rusiya tərəfi Azərbaycan tərəfinin kəskin etirazlarında sonra blok postu qurmaqdan da imtina edib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA