İcra hakimiyyətləri ləğv edilsin – MM-də müzakirə
SSRİ zamanı yerli hakimiyyət xalq deputatları sovetləri idi. Onları xalq seçir və bu qurumda müəyyən icra orqanlarını formalaşdırırdı. Sözsüz ki, bu proses Kommunist Partiyasının nəzarəti altında baş verirdi. Amma əsasən yerli hakimiyyətləri xalq seçkiləri yolu ilə formalaşdırırdı. Bizdə icra orqanlarının formalaşdırılmasında parlament iştirak etmir. Yalnız baş nazirin seçilməsində iştirak edirik. Bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə “Dövlət qulluğu haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyb.
Qüdrət Həsənquliyev qeyd edib ki, SSRİ-dən sonra yerli qurumların əvəzinə müvafiq icra hakimiyyəti orqanları formalaşdırılıb:
“Ancaq 1999-cu ildə bələdiyyələr yarandı. Bu qurum yerli özünüidarəetmə forması kimi nəzərdə tutulurdu. Prezident tərəfindən təyin edilən adamlar xalqa hesabat vermirlər, onlar Prezidentə hesabat verirlər. Buna görə seçkili orqan olan bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Buna getməsək, ciddi inkişafa nail ola bilmərik. Dünya təcrübəsi var. O təcrübələr göstərir ki, yerli hakimiyyətləri xalq formalaşdırmalıdır. Gələcəkdə icra hakimiyyətləri ləğv olunmalıdır. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.
Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.