sedanews.az
sedanews.az

İranla İsrail Qazaxıstanda toqquşdular

13-10-2021, 12:17 308 dəfə baxılıb

İranla İsrail Qazaxıstanda toqquşdular

Qazaxıstanın paytaxtı Nursultanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Məsələləri Forumunun (CİCA) 6-cı toplantısı keçirilib.
27 ölkənin üzv olduğu bu forum Asiyada təhlükəsizlik və iqtisadi inkişaf məsələlərinin çözülməsi üçün beynəlxalq platformadır.
Eyni zamanda, CİCA yeganə strukturdur ki, İran, İraq, Pakistan və Banqladeşlə diplomatik münasibətləri olmayan İsrail sözügedən qurumun üzvüdür.
İsrailin Turizm Nazirliyinin yaydığı məlumatda bildirilir ki, İsrailin nümayəndəsi, turizm naziri Konstantin Razvozov çıxış edərkən İranın nümayəndəsi Əlirza Həqiqan iclası nümayişkaranə şəkildə tərk edib.
K.Razvozov çıxışında deyib: "CİCA üzvü olan İran əfsuslar olsun ki, bölgədə "Hizbullah", HƏMAS və "İslam cihadı" təki terror təşkilatlarını dəstəkləyir. İran başqa dövlətlərin daxili işlərinə çox kobud şəkildə müdaxilə edir, silahlı dəstələr və qruplar vasitəsilə əməliyyatlar keçirir, bandit qruplaşmalarına yardımlar edir.
İran sadəcə İsraili hədələmir, İraqda və Yəməndə də vəziyyəti qarışdırır. Tehran habelə, nüvə silahı əldə etməyə çalışır. Bu məcrada istənilən danışıqlar Tehranın gerçək niyyətlərinin gizlədildiyi pərdədir. Əgər İran nüvə tədqiqatlarını davam etdirərsə və ya nüvə silahı əldə edərsə Yaxın Şərq heç vaxt əvvəlki kimi olmayacaq.
Yaxın Şərq onda daha təhlükəli, daha qeyri-stabil olacaq. Əminik ki, hadisələrin belə inkişaf məcrasının qarşısını almaq yalnız İsrailin yox, bütün dünya birliyinin maraqlarına cavab verir", - K.Razvozov deyib.
Buna cavab olaraq Fələstin Muxtariyyətinin Qazaxıstandakı səfiri Əbuzeyd Müntəsiri deyib: "Bizə sizdən iqtisadi yardım yox, sizdən qurtulmaq lazımdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA