sedanews.az
sedanews.az

Prezident Türkiyədə: Türk dünyası üçün möhtəşəm gün

12-11-2021, 11:32 349 dəfə baxılıb

Prezident Türkiyədə: Türk dünyası üçün möhtəşəm gün




Bu gün Türk Şurası dövlət başçılarının İstanbul sammiti öz işinə başlayacaq.
Bununla bağlı artıq ötən gün Prezident İlham Əliyev də Türkiyəyə səfərə gedib.
Dövlət başçılarının bugünkü VIII Zirvə görüşündə ən önəmli qərarlardan birinin təşkilatın adının Türk Dövlətləri Birliyi adına dəyişdirilməsidir.
Zirvə görüşündə Türkmənistan da qurumun tamhüquqlu üzvü olacaq və bu ad 6 müstəqil türk dövlətini əhatələmiş olacaq.
Qeyd edək ki, Türk Şurası 3 oktyabr 2009-cu ildə imzalanan Naxçıvan müqaviləsi ilə qurulub. Müqaviləni Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə imzalayıb.
Özbəkistan 30 aprel 2018-ci ildə quruma qatılma niyyətini açıqlayıb və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olub.
Əməkdaşlıq şurasının qurulması fikri isə ilk dəfə 2006-cı ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilib. 24 may 2019-cu il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri seçilib. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA