sedanews.az
sedanews.az

Qəhrəman Azərbaycan əsgəri və qələbə əzmi

9-12-2021, 16:13 347 dəfə baxılıb

                              Qəhrəman Azərbaycan əsgəri və qələbə əzmi
I Qarabağ müharibəsi xalqımızın əzmkarlığını göstərsə də vahid komandanlığın olmaması, xarici siyasətdə buraxılan səhvlər və s. səbəbdən torpaqlarımızın 20%-i işğal altına düşdü. Lakin, Azərbaycan rəhbərliyi başda möhtərəm Ali Baş Komandan Prezident İlham Əliyev və Azərbaycan xalqı bircə gün də olsa torpaqlarımızın qaytarılacağına inamını itirmədi. Müharibədən sonrakı atəşkəs illərində (1994-2020) qələbə üçün ordu qurulucuğu yeni vüsət aldı. Haqq işimizin müdafiəsi üçün diplomatik sahədə qələbələr əldə edildi. 2020-ci ilin 27 sentyabrında başlanmış II Qarabağ, yəni Vətən müharibəsi Azərbaycanda yaşayan bütün xalqların etnik bütövlüyünü, birliyini nümayiş etdirdi. Rəşadətli Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq göstərdi . Hətta yaralılar belə sağalmamış döyüşə qayıtmağa can atırdılar. Xalq, dövlət, ordu birliyi də yüksək səviyyədə idi. Heç bir əlavə yardıma ehtiyac olmasa da xalqımız ön cəbhəyə can atır, kütləvi yardım kompaniyaları, qanvermə aksiyaları keçirirdi. Prezidentimizin müxtəlif xarici telekanallara verdiyi müsahibələr informasiya blokadasının yarılmasına, haqq işimizin dünya birliyi tərəfindən müdafiə olunmasına səbəb oldu. Əlbəttə, burada Türkiyə Respublikasının və türk xalqlarının lideri olan cənab Rəcəb Tayyib Ərdoğanın da qardaş dəstəyini qeyd etmək lazımdır. Türk qardaşlarımız haqq işimizə siyasi və mənəvi dəstək verdilər.
İşğaldan azad olunan ərazilərin sayı artdıqca, qəhrəman ordumuz irəlilədikcə Ermənistanda fərarilərin sayı 10 min nəfərə çatmışdır. Düşmən qaçmasınlar deyə öz əsgərlərini mövqelərə zəncirləyirdi. Azərbaycan ordusu “məğlub edilməz erməni ordusu” əfsanəsini öz qəhrəmanlığı ilə yerlə-yeksan etdi. Çıxılmaz və ziddiyətdə olan düşmən cəbhədən həm yaxınlıqda olan , həm də uzaqda olan şəhərlərimizi (Gəncə, Tərtər, Bərdə, Beyləqan, Ağdam, Goranboy, Mingəçevir, Kürdəmir), mülki əhalini qadağan olunmuş silahlardan atəşə tutsa da xalq yenə də dövlətimizin yanında olduğunu, haqq işinə dəstək verdiyini sübut etdi. Ordumuzun son əməliyyatı olan Şuşa əməliyyatı isə tək düşmənin təslim olmasını sürətləndirmədi, həmçinin ağır silahlardan istifadə etmədən, qeyri-adi döyüşlə sıldırım qayalar üzərində yerləşən şəhərin necə alınmasını dünyaya göstərdi və hərbi dərsliklərə salınacaq qəhrəmanlıq oldu. Zəfər yürüşü düşmənin kapitulyasiyası ilə yekunlaşdı. İşğala son qoyuldu. 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə imzalanmış üçtərəfli bəyanatla nəinki şəhidlərimizin qanı ilə işğaldan qurtulmuş Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, həmçinin bir güllə atılmadan Ağdam, Kəlbəcər, Laçın rayonları da azad edilmiş oldu.
İndi qarşıda azad edilmiş ərazilərimizin tam bərpası və köçkünlərin doğma yurdlarına qayıdışı durur. İnanırıq ki, xalqımızın və prezidentimizin əzmkarlığı nəticəsində tezliklə bunu da görəcəyik.
                                                    226 nömrəli tam orta məktəbin direktor əvəzi Rahilə Ağcayeva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA