sedanews.az
sedanews.az

Akopcanyan: Rusiyanın düşmənləri ilə birləşməliyik

24-10-2022, 11:58 328 dəfə baxılıb


Rusiya məğlubiyyət yolundadır, bundan sonra dünya tamam başqa cür olacaq. Ermənistan indi Rusiyaya qarşı çıxanlarla dost olmalıdır. Ukrayna ordusunun cəbhədəki uğurları hər şeyi kökündən dəyişdi. Bu, təkcə Avropada deyil, Mərkəzi və Orta Asiyada da müşahidə olunur. Və hər kəs yeni tərəfdaşlar seçir.
 Bunu erməni politoloq Razmik Akopcanyan deyib.
“Biri Çinə, Hindistana, biri Türkiyəyə yönəlir. Yəni bu gün bütün dünya Putindən sonrakı mərhələyə - Rusiyanın zəifləməsi dövrünə hazırlaşır. Bir çox ölkə onilliklər ərzində öz strategiyalarını bu amil əsasında qurur. Ermənistan da bu yolla getməkdən çəkinməməlidir. Putinin Rusiyası keçmişidir və biz gələcək haqqında düşünməliyik. ABŞ, Fransa, Almaniya ilə birlikdə. Hansısa mərhələdə Ermənistan hətta Türkiyə və Azərbaycanla da eyni qayığa düşə bilər. Böyük siyasətdə belə olur. Rusiyanın qaçılmaz məğlubiyyətindən sonra dünyada hər şey başqa cür olacaq. Ermənistan isə istənilən halda Kremlin təzyiqindən qurtularaq, demokratik Qərbin dəstəyini alaraq güclənəcək”, - o bildirib.

Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA