İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sabah Azərbaycana gələcək.
Bu barədə REAL-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.
Bundan başqa, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.