sedanews.az
sedanews.az

Əlilliyi olan şəxslər TƏBİB-in binası qarşısında etiraz etdi

31-05-2021, 12:29 503 dəfə baxılıb

Əlilliyi olan şəxslər TƏBİB-in binası qarşısında etiraz etdi

Bir neçə əlilliyi olan şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) binası qarşısında etiraz nümayiş etdirirlər.
Axar.az Report-a istinadən xəbər verir ki, onların əsas narazılığı əlillik təyinatları ilə bağlı olub.
TƏBİB-dən bildirilib ki, narazı vətəndaşlar qurumun nümayəndələri tərəfindən qəbul edilib və şikayətləri dinlənilir.
Vətəndaşlara məlumat verilib ki, əlillik və pensiya təyinatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən aparılmır:
“Tİbb müəssisələri yalnız həkim rəyinin əks olunduğu Forma-88 arayışı təqdim edir. Əgər vətəndaş həkim rəyini düzgün hesab etmirsə, o zaman həmin şəxsin müraciətinə fərdi qaydada baxıla bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA