sedanews.az
sedanews.az

Azərbaycanda YENİ QADAĞA: Bu məkanlarda...

21-06-2021, 15:25 24 dəfə baxılıb

Azərbaycanda YENİ QADAĞA: Bu məkanlarda... 


COVID-19 pandemiyası ilə əlaqədar xidmət sahəsi müəssisələrinə dair tələblər müəyyənləşib. Bu, "müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər"də öz əksini tapıb. Sənəddə bir sıra yeni qadağa və məhdudiyyətlər var.
Sənəddə qeyd olunub ki, ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağandır. Kosmetika və ətriyyat satışı zamanı nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi də qadağan edilib.
Sənədə əsasən, pandemiya dövründə repetitor xidmətləri də onlayn tədrisə üstünlük verməlidir. Üstəlik, fərdi tədris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Eyni zamanda tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Bir metrdən az olmamaq şərti ilə tədris vaxtı sosial məsafənin qorunması zəruridir.. Dərs vəsaitləri ortaq istifadə edilməməli, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.
Metodiki göstərişlərə əsasən, Bərbərxana və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir. Həmçinin, iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır. Bundan başqa, bu xidmət sahələrində bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir. Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır. Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi də məcburidir.
Sənəddə o da qeyd olunub ki, COVID-19-la əlaqədar idman obyektlərində cavabdeh şəxs təyin edilməlidir. Həmçinin İdman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə orada çalışan işçi heyətin ən azı 80%-nin "peyvənd sertifikatı" və ya "immunitet sertifikatı" olmalıdır.
Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı ilə məşğul olan xidmət sahələri üçün tələblər də müəyyənləşib. Bu sahə üzrə məşğul olan xidmət sahələrində onlayn satışlara üstünlük verilməlidir. Kitabxana və bu tipli müəssisələrin oxu zalları isə istifadəyə verilməməlidir.
Sənədə əsasən, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti zamanı isə müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA