sedanews.az
sedanews.az

Hava nə vaxt düzələcək? - AÇIQLAMA

26-10-2021, 11:57 310 dəfə baxılıb

                                    Hava nə vaxt düzələcək? - AÇIQLAMA

Azərbaycanda qeyri-sabit hava şəraitinin stabilləşəcəyi vaxt açıqlanıb.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva açıqlama verib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində yağış müşahidə ediləcək:
“Axşama doğru həm külək, həm də yağışın tədricən kəsiləcəyi gözlənilir”.
“Oktyabrın 27-si səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti tədricən stabilləşəcək və növbəti iki gün ərzində əsasən yağmursuz, mülayim hava şəraiti müşahidə olunacaq və temperatur tədricən yüksələcək”, - deyə U.Tağıyeva əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA