sedanews.az
sedanews.az

Azərbaycanda yaxın günlərdə yeni ödəniş sistemi istifadəyə veriləcək

29-10-2021, 13:40 386 dəfə baxılıb

Azərbaycanda yaxın günlərdə yeni ödəniş sistemi istifadəyə veriləcək




“Mərkəzi Bankın təşəbbüsü və rəsmi dəvəti ilə “Apple Pay” ödəniş sisteminin ölkəmizdə tətbiqi üzrə işlərə başlanılıb”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, bu istiqamətdə aktiv işlərə başlanılıb:
“Artıq “Apple Pay” komandası kommersiya bankları, prosessinq mərkəzləri, beynəlxalq kart təşkilatları ilə birgə aktiv tətbiq və sınaq işlərini mərhələli olaraq icra etməkdədir. Yaxın günlərdə, hətta gələn həftə bir sıra kommersiya banklarının emissiya etdikləri debit və kredit kartlarından istifadə etməklə “Apple Pay” vasitəsilə təmassız, asan və təhlükəsiz ödənişləri POS terminallar üzərindən, elektron ticarət səhifələrindən və tətbiqlərindən etmək mümkün olacaq”.
Fərid Osmanov qeyd edib ki, bununla bağlı Mərkəzi Bankın sosial şəbəkə hesabları vasitəsi ilə ictimaiyyətə ətraflı məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA