Qəbul başladı: tələbə kreditləri üçün müraciət edə bilərsiniz - Kimlərə verilir?
Təhsil tələbə kreditləri üçün müraciətlərin qəbuluna başlanıb.Milli.Az
Trend-ə istinadən bildirir ki, bunu təhsil tələbə kreditləri üçün müraciətlərin qəbuluna başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.
"Təhsil tələbə kreditləri ilk dəfə 1960-cı ildə dünyada tətbiq olunub. Hazırda 60 ölkə bu sistemdən istifadə edir. Bu hər bir ölkədə fərqli qaydada həyata keçirilir, amma ümumi tələblər də mövcuddur. Kreditlər tələbəyə deyil, birbaşa təhsil müəssisəsinə köçürülür və sığortalanır. Təhsil tələbə kreditlərinin verilməsində məqsədlərdən biri təhsilin əhatə dairəsini genişləndirməkdir", - nazir müavini əlavə edib.
İ.İsayev bildirib ki, yüksək bal toplayan bəzi tələbələr təhsil haqqı yüksək olduğu üçün qeydiyyata düşmür, bəziləri təhsillərini yarımçıq qoyurlar:
"Bu sistem təhsilə əlçatanlığın təmin edilməsinə xidmət edir", - o vurğulayıb.
Təhsil kreditləri kimlərə verilir?Tələbə təhsil kreditləri əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə veriləcək.
Nazir mavininin sözlərinə görə, təhsil tələbə kreditləri semestr üzrə veriləcək, hər semestr üzrə müraciət olmalıdır. Akademik borcu olanlar bundan yararlana bilməyəcək:
"Kredit yalnız Azərbaycan vətəndaşı olan tələbələrə veriləcək. Kreditin iki növü var. Bunlar standart və sosialdır", - İ.İsayev əlavə edib.
Sosial kreditlər sosial həssas qruplara veriləcək:
Ünvanlı sosial yardım alan, 3-cü qrup əlillik təyinatı olan, valideynləri ilə münasibətdə aşağıdakı şərtlərlə
Valideynləri işsiz olanlar,
1 və 2-ci dərəcə əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar,
yaşa görə əmək pensiyası alanlar,
yaşa görə sosial müavinət alanlar
Bakalavriat üçün 300-700, magistratura üçün 50-100, subbakalavr üçün 110-300 bal aralığında olan şəxslər bundan yararlana biləcəklər.
Təhsil tələbə kreditlərinin faizləri Faizləri Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurası Təhsil Nazirliyi və Nazirlər Kabineti ilə razılaşdırılaraq müəyyən edib.
Sosial kreditlər 2 faizlə, standart kreditlər isə 6 faizlə veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.