sedanews.az
sedanews.az

Bu tarixədək Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq

8-12-2021, 15:13 40 dəfə baxılıb

Bu tarixədək Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq


2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.
"Nazirliyimiz dayanıqlı nağdsız ödənişlərin təmin olunması üçün zəruri internet infrastrukturunu yeniləyib. Əhalinin 85 faizi internetə çıxış imkanına malikdir və bu, bir sıra digər ölkələrlə müqayisədə dəfələrlə yüksəkdir. Biz ölkə ərazisinin, təkcə şəhərlərin deyil, həm də bölgələrin 2024-cü ilin sonunadək internetlə təmin olunması üçün meqa layihələr işə salmışıq. İnternetə çıxışı olmayan 700-ə yaxın yaşayış məntəqəsi internetlə təmin olunacaq. Biz bu layihəyə strategiya kimi yanaşırıq. Ucqar yaşayış məntəqələri biznesin yaradılması üçün dayanıqlı deyil və biz bu məntəqələri şəhərlərlə bərabərləşdirmək istəyirik", - deyə o, bildirib.
Nazir müavini qeyd edib ki, rəqəmsal transformasiya qlobal və miqyaslı dəyişikliklər tələb edir və bu cür tapşırıq artıq verilib, konsepsiya hazırlanıb.
"Ağıllı" şəhərlər və kəndlər barədə danışan R.Rüstəmov bildirib ki, bu layihələrin konsepsiyası hazırdır, buraya 5G internet, nağdsız ödənişlər və digər innovativ həllər daxildir.
"Bundan başqa, maliyyə texnologiyaları sektorunun inkişafı üçün biz startap sektorunu dəstəkləyirik. Startap layihələr maliyyə texnologiyalarının inkişafına böyük təsir göstərir. Ölkədə həmçinin qlobal kibertəhlükələrin qarşısını almaq gücündə olan infrastrukturun yaradılması üzərində işlər aparılır", R.Rüstəmov deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA