sedanews.az
sedanews.az

“İdman sahəsində hər birinizin fəaliyyəti,gördüyünüz işlər və əldə etdiyiniz nailiyyətlər Azərbaycan idmanının adını,şanını şöhrətini yüksəldir.” Azərbaycan xalqının

26-03-2022, 11:56 502 dəfə baxılıb



Azərbaycan xalqının tarixi qədim olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafı da uzaq keçmişdən başlanır.12-ci əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi hələ 800 il bundan əvvəl yazmış olduğu məşhur poemalarında Azərbaycan xalqının qəhrəman oğullarının şücaətini xüsusən pəhləvanların məharətini təsvir etmişdir.
Ümumiyyətlə Azərbaycan idman ölkəsidir. Azərbaycan Milli Olimpiya Komitəsinin yaranması və Prezident İlham Əliyevin bu komitəyə rəhbərliyindən sonra bu istiqamətdə köklü və müsbət dəyişikliklər başlandı,ölkəmizin Olimpiya Hərəkatının surətli inkişafina təkan vermiş və onun Beynəlxalq Olimpiya oyunlarının hərəkatına qoşulmasını təmin etmişdir.Hazırda Azərbaycan idmançıları bir çox idman növlərində bayrağımızı layiqincə təmsil edir və dalğalandırırlar.Ən yeni uğurlarımızdan biri isə güləşçilərimizin Bolqarıstanda keçirilmiş Avropa çempionatında qazandıqları uğurdur.Mart ayının 17-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edib. Cənab Prezident çıxışında gənclərimizin qazandığı uğurları sadalayaraq qeyd etdi ki, 16 medal qazanılıb, onlardan 7-si qızıl medaldır. Bu çox böyük nailiyyətdir. Xüsusi ilənəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür.Dövlət himnimiz yeddi dəfə səsləndilirdi. Əlbəttə ki,həm idmançılar, həm idman mütəxəssisləri və həmçinin bütün azərbaycan vətəndaşları bu qələbəni böyük qurur hissi ilə qarşılayıblar.
Ölkəmizdə olan sərbəst güləş idman növü zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Güləşin qədimliyini sübut edən faktlardan biri Azərbyacanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır.Azərbaycanda güləş yarışları xüsusi yerlərdəkeçirilirdi. 20-ci əsrin əvvəllərində pəhləvanlarımız Sail Süleyman, Rəşid vəCümşüd Yusifov qardaşları dünyada tanınırdılar.İndidə gənc güləşçilərimiz bu ənənələri davam etdirməkdədirlər. Cənab Prezident öz çıxışında onu da vurğuladı ki,“son vaxtlar Güləş Federasiyasında durğunluq hiss olunurdu. İdareetməmexanizmi zəifləmişdi,faktiki olaraq özbaşnalıq hökm sürürdü.Əlbəttə ki,bu nəticələrə də mənfi təsir göstərmişdi.Ona görə də Güləş Federasiyasının rəhbərliyinin dəyişdirilməsi zəruri idi və bu baş verdi. Əminəm ki, federasiya indi həm buraxılmış bütün nöqsanları aradan qaldıracaq, həmçinin vəziyyəti təhlil edərək həm gənclər, həm də böyüklər arasında çıxış edən idmançılara lazımı şərait yaradacaqdır.”
Cənab Prezidentin çıxışına istinad edərək qeyd etmək istərdim ki, idmançılarımızın uzun illər dünyada Azərbaycanı layiqincə təmsil etmələrində ən aparıcı amil düzgün aparılan siyasətdir. Bir idmançı olaraq deyə bilərəm ki, hər zaman dövlətimizin qayğısını hiss etmişik.Hələ Ulu Öndər Heydər Əliyevin biz şahmatçılara göstərdiyi qayğı və diqqət bizim uğurlarımızın təməli olub.Hazırda bu diqqət və bu qayğı Cənab Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Qazanılan hər bir uğur, dalğalanan bayrağımız və səslənən himnimiz böyük zəfərimizin təcəssümüdür.
Cənab prezidentin vurğuladığı ən önəmli məsələlərdən biri də30 ilə yaxın beynəlxalq arenalarda istər idman, istər siyasi arenalarda məğlub edilmiş ölkə kimi təmsil olunurduq. Bunu etiraf etmək nə qədər ağırdırsa, o qədər də sadədir. Yəni biz həqiqəti olduğu kimi qəbul etməliyik.Əlbəttə bu məğlubiyyətin önəmli səbəbləri var idi. O vaxtki, antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar bütün bunlar var idi. Təbii ki, məhz bu amillər məğlubiyyətləri şərtləndirirdi.Lakin bu gün biz qalib ölkəni təmsil edirik.
Düşünürəm, Cənab Prezidentin bu çıxışı biz idmançıları daha da ruhlandırdı. İşğaldan azad olunmuş bölgələrimizdə yaradılacaq yeni idman mərkəzlərinin komplekslərinin planları gələcək uğurlardan əminliklə xəbər verir. Xüsusi ilə Suqovuşanda yaradılan yeni avarçəkmə idman kompleksini görərkən qəlbimdəki qürur hissinin izah etmək çox çətindi.Müasir standartalara uyğun olan bir çox belə idman komplekslərinin olmağı bir daha beynəlxalq arenalarda, idman dünyasında nüfuzumuzu təsdiqləyir.Məhz bütün bunlara görə ölkə rəhbərinə minnətdarıq.
Yekun olaraq demək istərdim ki, nəinki bir təhsil işçisi kimi, ilk öncə bir idmançı kimi Azərbaycan vətəndaşı olduğum üçün qürur hissi duyuram. Biz birləşərək Azərbaycanın gəncliyini daha böyük zirvələrə aparmalı və gəncliyimizə milli vətənpərvərlik ruhunu aşılamalıyıq. Bir dövlət öz milli mənəvi dəyərləri, öz siyasəti və öz idmanı ilə dünyada səs salır. Biz buna nail olmuşuq. Bu isə bir xalq olaraq arxamızda müdrik siyasətçinin,dahi liderin və hər zaman vətəninin gənclərinə inanan bir rəhbərin olmasından qaynaqlanır. Fikrimi yenə də Ulu öndərin cox qiymətli fikri ilə tamamlamaq istərdim
“İdman, bədən tərbiyəsi hər bir sivilizasiyalı xalqda ölkədə olduğu kimi Azərbaycan xalqının da Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir hissəsidir.”
              Yaşasın Azərbaycan!
              Yaşasın İlham Əliyev!
              Qarabağ Azərbaycandır!



                                 Suraxanı rayonu, Nahil Salamov adına 97 nömrəli tam orta məktəbin direktoru,
                                şahmat üzrə FİDE ustası, birinci kateqoriyalı məşqçi–müəllim Hüseynova Nigar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA