Azərbaycan-Türkiyə münasibətləri üçüncü ölkələri narahat etməməlidir - Türkiyə Prezident Administrasiyası
Azərbaycan-Türkiyə münasibətləri üçüncü ölkələri narahat etməməlidir.Bunu
Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.
Qeyd olunub ki, Ankara və Bakı bütün sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirmək və möhkəmləndirmək hüququna malikdir:
"Bu, onların suveren hüququdur. Azərbaycanla Türkiyənin münasibətlərinin möhkəmlənməsi üçüncü ölkələrə qarşı yönəlməyib, əksinə, regionda sabitlik və təhlükəsizliyin təminatçısıdır. Məlum olduğu kimi, Türkiyə və Azərbaycan bütün regional üçtərəfli əməkdaşlıq formatlarında aparıcı ölkələrdir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.