Simferopol Rayon Məhkəməsi Beloqorsk texnikumunun keçmiş müəllimi Andrey Belozerovu “VKontakte” şəbəkəsində Ukrayna mahnısı “Çervona Kalina”nı paylaşdığına görə həbs edib. Sedanews.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.
“Mahnı paylaşımına görə ona nasist simvollarından istifadə edilməsinə dair protokol tərtib edilib, 14 sutka inzibati həbs təyin edilib. Polislər müəllimə qarşı zor tətbiq edib, onun noutbuku, telefonu, sənədləri, Ukrayna pasportu, iş və sağlamlıq kitabçaları, təhsil haqqında diplomları götürülüb”, - məlumatda deyilir.
Qeyd edək ki, sentyabrda da Belozerov 13 sutka həbs edilib və tələbələrlə “Bayraqdar” haqqında Ukrayna mahnısına qulaq asdığına görə işdən çıxarılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.