sedanews.az
sedanews.az

Sünikdə daha bir sərhəd mübahisəsi: Çakaten kimindir?

21-12-2020, 10:24 520 dəfə baxılıb

Sünikdə daha bir sərhəd mübahisəsi: Çakaten kimindir?

Sünik (Zəngəzur) ərazisində daha bir kənd – Çakatenlə bağlı müzakirələr gedir.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, Azərbaycan Ordusunun zabitləri GPS sisteminin yardımı ilə sərhədi müəyyənləşdirərkən, kənd ərazisinin bir hissəsinin Azərbaycana aid olduğunu təsdiqləyiblər. Buna görə də kəndin üzərindəki teleqüllənin də “bölünməsi” məsələsi gündəmə gəlib.
Ermənilər isə sərhədin 30 metr “o tərəfdən” keçdiyini inadla bildirərək, sərhədin dürüst çəkilməsinə mane olmağa çalışırlar.
Qeyd edək ki, Çakaten Gəncə quberniyasına aid kənd olub. 1920-ci ildə Zəngəzur ermənilərə qanunsuz olaraq verilərkən, kəndin əsas hissəsi Qafana düşüb.
Ermənistan Azərbaycan rayonlarını işğalda saxlayarkən, özbaşına olaraq sərhədi irəli çəkib.
Vətən müharibəsində qələbədən və sərhəd rayonlarının azad edilməsindən sonra Azərbaycan Ordusu sərhədin dəqiq çəkilməsi işlərinə başlayıb. Bu zaman ermənilər zəbt etdikləri ərazini verməmək üçün bütün hiylələrə əl atırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA