sedanews.az
sedanews.az

Avropa birinciliyinin iştirakçısı qazi Ruhin Ələkbərli

24-12-2020, 10:48 445 dəfə baxılıb

Avropa birinciliyinin iştirakçısı qazi Ruhin Ələkbərli 
Vətən Müharibəsinin daha bir könüllüsü, sambo idman növü üzrə beynəlxalq turnirlərin qalibi, Avropa birinciliklərinin iştirakçısı, qazi Ruhin Ələkbərlidir. 
Gəncədə dünyaya göz açan R.Ələkbərli 27 sentyabrda başlayan hərbi əməliyyatlarda iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dəfələrlə müraciət edib.
Müqəddəs Vətən savaşında R.Ələkbərli bir çox əməliyyatlarda iştirak edib. Hadrut, Cəbrayıl, Füzuli və digər rayonların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Ruhin bir neçə yaralı döyüş yoldaşını ölümdən xilas edib. 
Qazi mülki həyatında idmanla məşğul olub. 10 yaşından etibarən sambo idman növü üzrə böyük uğurlara imza atıb. 
Məşqiçisi Araz Muxtarov deyir ki, heç bir qüvvə qəhrəmanımızı döyüşlərə qatılmaqdan çəkindirmədi. 
Şərəfli döyüş yolu keçən bu igidlərin gücü sayəsində Azərbaycan xalqı tarixi qələbəsini qazandı, Azərbaycan dövləti isə öz tarixi sərhədlərini bərpa etdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA