sedanews.az
sedanews.az

Azərbaycanın yeni kəşf edilən “Zəfər” yatağının ehtiyatının həcmi AÇIQLANDI

21-05-2021, 15:51 462 dəfə baxılıb

Azərbaycanın yeni kəşf edilən “Zəfər” yatağının ehtiyatının həcmi AÇIQLANDI


Ölkəmizdə qızıl, mis və gümüş hasil edən “Anglo-Asian Mining Plc” şirkətinin daxili kəşfiyyat qrupu tərəfindən 19 yanvar 2021-ci il tarixində kəşfini elan etdiyi “Zəfər” yatağının işlənəcək mineral süxurlarının həcmi açıqlanıb.
Oxu.Az-ın şirkətdən əldə etdiyi məlumata əsasən, 2020-ci ildə görülən işlərin ilkin nəticəsi kimi “Zəfər” yatağının minerallaşmış süxurlarının təxminən altı milyon ton olduğu bildirilib.
Minerallaşma miqyasının həcmi məlum olduqdan sonra yatağın potensial ehtiyatlarını müəyyən etmək üçün 25 kilometr uzunluğu əhatə edən yerüstü 10 profil xətti tamamlanıb. Daha çox qazma işləri aparılacaq bir sıra “isti nöqtə” müəyyənləşdirilib. Vurğulanıb ki, ərazinin geologiyası struktur olaraq mürəkkəbdir.
Qeyd edək ki, ərazi şirkətin Gədəbəy emal zavodunun təxminən 1,5 kilometr şimal-qərbində yerləşir. İlkin qazma işləri zamanı ümumi 7 675 metr uzunluğunda qazıntı işləri aparılıb, 12 qazma quyusu tamamlanıb. Ərazidə üç minerallaşmış zona müəyyən edilib.
Xatırladaq ki, “Zəfər” yatağı üzrə qazma fəaliyyətinin nəticələri ümidverici hesab edilir. Hazırda mənbələrin dəyərləndirilməsi üzrə üçüncü tərəflərlə müzakirələr aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA