Bakının azad olunması münasibətilə keçirilən yürüş başa çatıb - FOTOlar
Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda keçirilən yürüşlərdən biri başa çatıb.
Milli.Az xəbər verir ki, ikinci marşrut üzrə yürüş Səməd Vurğun bağından başlayıb, Azadlıq meydanında başa çatıb.
Yürüşdə hərbi orkestrin müşayiəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti iştirak edib.
Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.