sedanews.az
sedanews.az

Baş həkim işdən çıxarıldı

5-11-2021, 15:39 282 dəfə baxılıb

             Baş həkim işdən çıxarıldı




 Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aygün Nağıyevanın işdən çıxarılması ilə bağlı xəbər yayılıb.
BAKU.WS-in məlumatına görə, xəstəxanadan “Qafqazinfo”ya bildirilib ki, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 4 noyabr 2021-ci il tarixdə Nağıyeva Aygün Nağı qızı ilə bağlanmış müqavilənın vaxtı bitib, yenidən müqavilə imzalanmayıb.
Məsələ ilə bağlı Aygün Nağıyeva isə açıqlamasında deyib ki, baş həkim kimi işinə davam edir.
Xəstəxananın direktoru Elçin Qurbanov da onun işdən çıxarılması barədə məlumatının olmadığını bildirib.
Qeyd edək ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Şükürov bu ilin may ayında vəzifəsindən azad edilib. Ovaxtkı TƏBİB sədri Ramin Bayramlının qərarına əsasən, N.Şükürov tibb müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etməyib. O həmçinin tabeliyində olan işçilərin funksiyalarına uyğun olaraq fəaliyyətinin lazımi qaydada təşkilini və ona nəzarəti təmin etməyib.
Vəzifəsindən azad olunandan sonra direktorun səlahiyyətlərini məhz onun müavini Aygün Nağıyeva icra edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA