sedanews.az
sedanews.az

Azərbaycan xalqının əzmi, Azərbaycan əsgərinin gücü, Vətən sevgisi

26-04-2022, 10:53 453 dəfə baxılıb

                    


   İkinci Qarabağ savaşından sonra Dünya azərbaycanlılarının növbəti- V qurultayının mədəniyyət paytaxtımız olan Şuşa şəhərində keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Bu həm dünyada yaşayan azərbaycanlılara, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış bir mesaj oldu. Qurultayın Şuşa şəhərində keçirilməsi 50 milyonluq Dünya azərbaycanlıları üçün yüksək mənəvi dəyərə malik olmasını göstərməklə yanaşı, dünyanın müxtəlif yerlərindən seçilmiş diaspor üzvlərinin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında böyük əhəmiyyətə malikdir.
Azərbaycan əsgəri qəhrəmanlığı, şücaəti ilə Şuşanı azad etdi. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib. İndi şəhərin yaraları sağalır, ənənələri bərpa olunur. Artıq Şuşa şöhrətini bərpa edir.
 Şuşa həm də hər bir azərbaycanlını özünə çəkir. Bu hələ işğaldan əvvəl də belə olub. Qarabağın mirvarisi, mədəniyyətimizin beşiyi olmaqla yanaşı, hər kəsin üz tutduğu ünvanlardan biri olub.
Ötən il dekabrın 24-də - doğum günündə Şuşaya səfər edən cəna Prezident İlham Əliyev bu barədə deyib: "Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada - Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma, eyni zamanda hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm".
    Cənab Prezident İlham Əliyevin qurultaydakı çıxışı diaspor qarşısında görülməli olan işlərin yol xəritəsini müəyyənləşdirdi.
    Cənab Prezident çıxışında Qarabağın tarixi, işğal olunması, 30 ilə yaxın işğal altında saxlanması, işğalın aradan qaldırılması üçün beynəlxalq təşkilatların əməli iş görməməsi və bu işğala Azərbaycan xalqının birliyi, ordunun rəşadəti və xalqla Prezidentin birliyi nəticəsində son qoyulduğunu xüsusi vurğuladı.
Bu gün cənab Prezidentin uzaqgörən siyasəti, sarsılmaz iradəsi, şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına əldə olunmuş qələbə sayəsində başımız dik, alnımız açıqdır. Vətənpərvərlik ruhunda tərbiyə olunmuş gənc nəslin tarixi qələbənin əldə olunmasında misilsiz xidmətləri olmuşdur. 
Hələ 2001-ci ildə keçirilən dünya azərbaycanlılarının I qurultayında Ulu Öndər Heydər Əliyevin nitqində Azərbaycanın öz ərazilərini işğaldan azad edəcəyi və xalqın öz yurdlarına qayıdacaqları haqda inamla dediyi fikirlər bu gün onun davamçısı Cənab İlham Əliyevin rəhbərliyi altında bir gerçəyə çevrilib. 
     Güclü iqtisadiyyatın, ordunun yaradılması, milli birliyin təmin edilməsi və qazanılmış möhtəşəm qələbə Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında tarixi və misilsiz qələbəsidir. 
     Əminik ki, qələbəmiz və müstəqilliyimiz əbədi olacaqdır.

                                                                               Bakı şəhəri Suraxanı rayonu
                                                                                318 №-li tam orta məktəbin
                                                                                direktoru Əliqismət Səfərov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA