İyunun 12-də axşam saatlarında Laçın keçidindən keçərək getmək istəyən sülhməramlılar atəşə tutulub.Axar.az Cəbhə.info-ya istinadən xəbər verir ki, cavab atəşi ilə bir silahlı zərərsizləşdirilib. Dərhal hərəkətə keçən Qarabağdakı sülhməramlıların komandanlığı atəş açanların erməni silahlı dəstənin üzvləri olduğunu aydınlaşdırıb və atəş açan 4 erməni həbs edilib.
Bu barədə erməni mediası məlumat yayıb. Ermənilərin "Lragir.am" saytının yazdığına görə, Laçın keçidindən keçməklə sülhməramlı missiyanın bir kalonu Ukraynaya səfər etməliydi:
"Lakin ermənilər sülhməramlı missiyanın Qarabağdan getməsinin qarşısını almaq üçün bu təxribata əl atıb".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.