Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
REAL xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
C.Bayramov S.Lavrovu nazirliyin önündə qarşılayıb. Daha sonra XİN başçılarının təkbətək görüşü başlayıb.
Qeyd edək ki, S.Lavrov iyunun 23-də Azərbaycana səfərə gəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.