
Zəlzələ səbəbindən Türkiyə 4 metrə qərbə sürüşüb. Axar.az xəbər verir ki, bu sözləri fransız geofizik Xavier Le Piçon deyib.
“23 ildir Türkiyəni araşdırıram. Məsələnin ciddiliyi səlahiyyətlilərə və xalqa çatdırılmayıb. Daha çox zəlzələlərə hazırlaşmalısınız. Türkiyədəki qırılma xətti Kaliforniyadakı ilə eynidir. Kaliforniyada buna qarşı necə tikinti aparılması öyrənildi”, - deyə o bildirib.
Qeyd edək ki, Türkiyənin Qəhrəmanmaraş, Hatay, Adana, Qaziantep vilyətlərini əhatə edən 7,7 bal gücündə zəlzələlər son illərin ən ciddi dağıntı və tələfatlarına yol açıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.