sedanews.az
sedanews.az

Azərbaycan və Böyük Britaniya beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalayıb

23-02-2023, 15:49 264 dəfə baxılıb



   Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalanıb.
  REAL  xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında yazıb.
Nazir Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.
R.Nəbiyev qeyd edib ki, saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA