sedanews.az
sedanews.az

Vətən müharibəsi iştirakçısı şəhər İcra Hakimiyyətinin məsul əməkdaşına xəsarət yetirib

21-02-2022, 16:35 295 dəfə baxılıb


Xəsarət yetirilən şəxs də Vətən müharibəsinin iştirakçısıdır
Əlillik dərəcəsinin təyin olunmaması ilə bağlı narazılıq yaratmaq məqsədilə 21 fevral 2022-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına müraciət edən, Vətən müharibəsi iştirakçısı Hüseynov Qiyas Sahib oğlu Gəncə Şəhər Hakimiyyətinin qəbul otağına gələrək təkidlə ona əlilliyinin təyin edilməsinə köməklik göstərilməsini tələb edib.
REAL xəbər verir ki, ona istəyi ilə bağlı ətraflı izahat verilməsinə baxmayaraq, Q.Hüseynov özünün və İcra Hakimiyyətinin əməkdaşlarının üzərinə benzin tökərək yandırmağa cəhd etmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona qarşı zor tətbiq etmə ilə müşayiət edilən qərəzli hərəkətlər edib.
Dedikləri ilə kifayətlənməyərək, Qiyas Hüseynov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşlarının və polis işçilərinin yanında Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, eyni zamanda Vətən müharibəsi iştirakçısı olan Babayev Ayxan Cavanşir oğlunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq, başı ilə onun üz nahiyəsinə zərbə vuraraq, dövlət məmuruna xəsarət yetirmişdir. 
Məsələyə hüquqi qiymət verilməsi məqsədi ilə şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur. 
Məlumat üçün bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev Vətən müharibəsinin iştirakçısı olmuş, “N” saylı hərbi hissənin manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda vuruşmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamları ilə isə “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA