sedanews.az
sedanews.az

Yasamalda partlayan su xəttinin təmiri nə vaxtadək davam edəcək? – YENİLƏNİB + FOTO/VİDEO

26-10-2022, 14:21 487 dəfə baxılıb

   “Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza günün sonuna qədər aradan qaldırılaraq mərkəzi və məhəllədaxili anbarlara suyun nəqli təmin ediləcək”.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Qeyd olunub ki, həmin müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali  dayanıqlı içməli su ilə təmin olunacaq:
“Eyni zamanda qəza baş verən ərazidə yol yatağının bərpası işləri həyata keçiriləcək və nəqliyyatın normal hərəkəti mümkün olacaq”.

12:53
“Təmir axşam saatlarına qədər davam edəcək”.
Bu barədə Oxu.Az-a Bakı Sukanal İdarəsindən bildirilib.
Qeyd olunub ki, partlayan boru istismara yararlı imiş:
“Qəza barədə məlumat daxil olan kimi işlərə başlanılıb. O xətt magistral xətdir. Abonentlərlə problem yoxdur. Su məhdudiyyəti yoxdur”.
“Mənzillərin su təchizatı dayandırılıb”.
Bu sözləri isə öz növbəsində Oxu.Az-a açıqlamasında Yasamalda magistral su xəttinin partladığı ərazidə yerləşən binanın sakini Ceyhun Şamanov deyib.
Onun sözlərinə görə, mənzillərə su verilmir:
“Binaların su nasosları yoxdur. Belə hadisə baş verəndə bu kimi fəsadlar üzə çıxır. Kanalizasiya xətti yaxşı deyil. Qarajlarda maşınlar suyun altındadır. Nasosların olmaması belə problemlərə gətirib çıxarır.
Su təchizatı dayandırılıb. Xəstələr, uşaqlar var. Qarajlarda suyun səviyyəsi 60 sm-ə qədərdir. Maraqlanan yoxdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA