sedanews.az
sedanews.az

Cəlilabadda məktəbdə 4 il keçilməyən dərslərə görə maaş verilməsi ilə bağlı cinayət işi başlanıb

19-01-2023, 12:46 94 dəfə baxılıb


  Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya Cəlilabad rayon prokurorluğundan məlumat verilib.
Məlumata görə, Cəlilabad rayon Zərbiəlli kənd məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
  Araşdırma zamanı qeyd edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərs saatlarına görə əmək haqqı ödənilməsi və nəticədə dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
  Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
   Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA