ABŞ şirkətləri neft saxlamağa yer axtarır
Hasil etdikləri nefti saxlamağa yer tapmayan ABŞ neft şirkətləri ölkənin Milli Strateji Neft Rezervlərindən yararlanmağa başlayıblar.Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, bu ay 1,1 milyon barrel neft Milli Strateji Rezervlərə çatdırılıb.
Mənbə həmçinin ABŞ Energetika Nazirliyinin bu ay bir neçə şirkətlə 23 milyon barrel neftin saxlanılması üçün məkan icarəyə verilməsinə dair müqavilə imzaladığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.