sedanews.az
sedanews.az

Ölkədə maaş, pensiya və müavinətlərin artırılmasına ayrılacaq vəsait AÇIQLANDI

5-11-2021, 13:27 455 dəfə baxılıb

Ölkədə maaş, pensiya və müavinətlərin artırılmasına ayrılacaq vəsait AÇIQLANDI


Növbəti il Azərbaycanda maaş, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin artırılması üçün dövlət büdcəsindən 1 milyard 441 milyon manat vəsait xərclənəcək.
Oxu.Az-ın məlumatına görə, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 16-da əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti əməkhaqqılarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb prezidentə təqdim etməli idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA