sedanews.az
sedanews.az

Vanqanın 2022-ci il üçün 6 mühüm öngörüsü

14-12-2021, 15:04 669 dəfə baxılıb

      Vanqanın 2022-ci il üçün 6 mühüm öngörüsü


Cari ilin sonlarına yaxınlaşdıqca gündəmə gələn məsələlərdən biri də 2022-ci illə bağlı öngörülərdir.
Kult.az xəbər verir ki, məşhur bolqar görücü Vanqanın 2022-ci il üçün 6 öngörüsü ortaya çıxıb.
Vanqanın növbəti il üçün öngörülərini təqdim edirik:
1. Təbii fəlakətlər - zəlzələ və sunamilər
2004-cü ildə Hind okeanında 200 mindən çox insanın həyatını itirdiyi zəlzələ və sunamidən xəbərdar olan Vanqa 2022-ci il üçün də eyni proqnoz verib.
O, oxşar təbii fəlakətin Avstraliya ilə yanaşı, bir çox Asiya ölkələrində də baş verəcəyini irəli sürüb. Bu bölgələrdə sel fəlakətlərinin yaşanacağı proqnozlaşdırılır.
2. Ölümcül virus ortaya çıxacaq
Sibirdə ölümcül bir virus ortaya çıxacaq. Donmuş ərazidə gizlənən ölümcül virusun qlobal istiləşmə ilə birlikdə ortaya çıxacağı qeyd edilib. Virusun yayılacağı və tez də nəzarətdən çıxacağı proqnozlaşdırılır.
3. İçməli su böhranı
Vanqanın gələn il üçün proqnozları arasında içməli su böhranı da var.
Vanqanın proqnozlarına münasibət bildirən ekspertlər bir çox şəhərlərdə içməli su qıtlığının yaranacağını, əhalinin sayının artması və çirklənmə səbəbindən su probleminin kəskinləşəcəyini bildiriblər.
4. Yadplanetlilər hücum edəcək
Bir müddətdir gündəmdə olan "Oumuamua" adlı meteorit həm forması, həm də marşrutu ilə elm adamlarında maraq oyadıb. Vanqanın kəhanətlərini şərh edənlər bu meteoritin yadplanetlilər tərəfindən göndərildiyini və onların Yerdəki həyatı öyrənmək üçün gəldiklərini ehtimal edirlər.
5. Qıtlıq yaşanacaq
Vanqa dünyanın ən çox əhalisinə sahib ölkələrdən biri olan Hindistanda kütləvi qıtlığın olacağını proqnozlaşdırıb.
Vanqa Hindistanda temperaturun 50 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırıb. Onun bu proqnozlarından belə ehtimal edilir ki, çəyirtkə və buna bənzər canlılar tarlaları zəbt edərək məhsullara zərər verəcək.
6. Virtual reallıq
Vanqanın “İnsanların bədəni dik olmayacaq, donqarlı olacaq” sözlərini dəyərləndirən mütəxəssislər bunun virtual reallıq - insanların planşet və telefonların qarşısında çox vaxt keçirməsinin nəticəsi olacağını hesab edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA