sedanews.az
sedanews.az

“Texnofest“ Şuşada keçirilə bilər

8-02-2022, 15:27 340 dəfə baxılıb




Selcuq Bayraktar: Bəzi yarışların mədəniyyət paytaxtında təşkili nəzərdə tutulub
"Texnofest 2022 Aerokosmik və Texnologiya Festivalı" çərçivəsində keçiriləcək hakatoların Azərbaycanın mədəniyyət paytaxtı Şuşada da təşkil olunması nəzərdə tutulub.
Bunu Azərbaycanda səfərdə olan "Baykar" şirkətinin direktoru Selcuq Bayraktar açıqladı. O bildirdi ki, müsabiqələr nəticəsində təklif olunacaq həllər Qarabağda tətbiq ediləcək.
Selcuq Bayraktar qeyd etdi ki, "Bayraktar" Pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsi istiqamətində Azərbaycanda müvafiq qurumlarla əməkdaşlıq da nəzərdə tutulub.
Qeyd edək ki, 2018-ci ildən etibirən reallaşdırılan Texnofest-2022 Aerokosmik və Texnologiya Festivalı bu il 26 – 29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Festival Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA