Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
- Cilqamlı Rəmziyə Əkrəmovna
- Quliyeva Gülşən Rəsul qızı
- Məmmədov Rövşən İsax oğlu
- Nəcəfov Bayram Hidayət oğlu
- Yunusov Ədalət Məmməd oğlu.
Bundan əlavə, Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
- Qurbanova Firəngiz Ağa Dadaş qızı
- Rüstəmov Akif Zabi oğlu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.