sedanews.az
sedanews.az

Trend-in baş redaktoru koronavirusa yoluxub, vəziyyəti ağırdır

22-12-2020, 11:01 423 dəfə baxılıb

Trend-in baş redaktoru koronavirusa yoluxub, vəziyyəti ağırdır

Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlu (Rəhimov) koronavirusa yoluxub.
Milli.Az Trend-ə istinadən bildirir ki, baş redaktor Bakıda fəaliyyət göstərən "Yeni Klinika"ya yerləşdirilib.
Klinikanın müalicə həkimi sözlərinə görə, dünən R. Hafizoğlunun vəziyyəti son dərəcə ağırlaşıb, saturasiya göstəricsi 55 faizə düşüb. O, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.
Növbəti dəfə vətəndaşlarımızı koronavirusa qarşı diqqətli olmağa, karantin qaydalarına ciddi əməl etməyə çağrırıq. Bütün dünyanın cənginə almış bu virusla mübarizə aparmaq üçün əsas qaydalar maskadan istifadə etmək, sosial məsafə saxlamaq və dezinfeksiya vasitələrindən istifadə etməkdir.
Özünüzü və ətrafınızı qorumaq üçün xəstəliyin ilkin simptomlarını hiss edərkən evdə qalmalı və dərhal həkimə müraciət etməlisiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA