İlham Əliyev atəşkəsin şərtlərindən YAZDI
İlham Əliyev atəşkəsin şərtlərindən YAZDI
"Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir".
Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev özünün Twitter hesabında yazıb.
"Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir",-deyə İlham Əliyev vurğulayıb.
Ölkə başçısı onu da qeyd edib ki, Ermənistanın ünvanına əsas mesaj budur ki, "biz Ermənistanın torpağında deyilik, biz öz torpağımızdayıq".