"Rusiya sülhməramlılarının burada olması o deməkdir ki, artıq Ermənistan..."
"Rus sülhməramlılarının Azərbaycana gəlməsi üç rayonun müharibəsiz alınmasına səbəb oldu. Yəni biz canlı qüvvədən itki vermədən torpaqlarımızın xeyli hissəsini düşməndən azad edirik. Bu proses artıq başlayıb, hamı da görür ki, ermənilər köçür".Bunu Milli.Az-a açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib.
Azərbaycan maksimum nə mümkündürsə onu əldə etdiHesab edirəm ki, bu müqavilə Azərbaycanın xeyrinə maksimum nə mümkündürsə o şərtlərlə bağlanıb. Bu, müvəqqəti hal daşıyır, bu, hərbi baza yaratmaq deyil. Bu o deməkdir ki, 5 ildən sonra ölkələrdən biri sülhməramlıların burada qalmasına razı deyilsə onlar getməlidir, razıdırlarsa növbəti 5 il qalır. Azərbaycan bu müqavilədən maksimum nə mümkündürsə onu əldə etdi. Yəni, torpaqlar işğaldan azad edildi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Biz türk qardaşlarımıza inanırıqTürkiyə əvvəldən bizim yanımızda olub, qardaş dövlətdir. Türkiyənin burada sülhməramlılarının olması və yaxud müşahidə məntəqələrinin olması əlbəttə ki, bizim xeyirimizədir. Bu gün artıq Türkiyə Prezidentinin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim olunub. Gözlənilir ki, yüksək səslə bu qərar qəbul olunacaq və Türkiyə sülhməramlıları da Azərbaycana gələcəklər və onlar Azərbaycanın istədiyi yerdə öz mövqelərini tutacaqlar, prosesləri yaxından müşahidə edəcəklər. Qeyri-qanuni hər hansı bir işə də həmən, yerində müdaxilə edib, bərpa edəcəklər. Biz türk qardaşlarımıza inanırıq, müharibənin əvvəlindən yanımızdadırlar, bizə yetərincə mənəvi dəstək göstərdiər. Biz onlara tam inanırıq və gəlməklərini də alqışlayırıq".