sedanews.az
sedanews.az

Türkiyə Montrö razılaşmasından çıxır?

5-04-2021, 11:54 488 dəfə baxılıb

Türkiyə Montrö razılaşmasından çıxır?

Türkiyə hökumətinin sabiq admiralların İstanbul və Çanaqqala boğazlarının statusuna dair Montrö Konvensiyasını müdafiə edən məktubuna sərt reaksiyası bu ölkənin həmin razılaşmanı tərk edəcəyi anlamına gəlmir.
Axar.az xəbər verir ki, bunu RİA "Novosti"yə açıqlamasında Ankaradakı mənbə bildirib.
"Türkiyənin yüksək vəzifəli məmurlarının admiralların məktubuna sərt reaksiyası bu ölkənin Montrö Konvensiyasından çıxması demək deyil. Bu məsələ heç gündəmdə də deyil. Tənqidə səbəb olan məktubun məzmunu deyil, admiralların adından dərc olunmasıdır. Çünki onlar mülki şəxslər deyil, məhz ehtiyatda olan yüksək çinli hərbçilər kimi çıxış ediblər", - mənbə qeyd edib.
Qeyd edək ki, ölkənin 103 sabiq admiralı bu gün məktub yazaraq, Montrö Konvensiyasını Türkiyənin İstanbul və Çanaqqala boğazlarında suveren hüquqlarını bərpa edən diplomatik qələbəsi adlandırıblar. Bundan əlavə, onların sözlərinə görə, həmin razılaşmaya yenidən baxılması mümkünsüzdür, bunun səbəbi isə Mərmərə dənizini Qara dənizlə birləşdirəcək İstanbul Kanalı lahiyəsidir. Həmçinin məktubda Türkiyədə qüvvədə olan Konstitusiyanın saxlanmasına çağırışlar səslənir.
Məktubla bağlı Türkiyə parlamentinin sədri Mustafa Şəntop, vitse-prezident Fuat Oqtay, Türkiyə Prezidenti administrasiyasının kommunikasiya departamentinin rəhbəri Fəxrəddin Altun, Prezidentin sözçüsü İbrahim Qalın və bir neçə nazir tənqidi fikirlər səsləndiriblər. Türkiyənin Milli Müdafiə Nazirliyi isə yazılı bəyanatında məktub müəlliflərinin "gözlərini paxıllıq örtdüyünü və ölkənin SQ-nin uğurlarını görmək istəmədiklərini", məktubun "orduya və demokratiyaya zərbə vurmağa yönəldiyini" qeyd edib.
Ankara prokurorluğu məktubla bağlı araşdırma başladıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA