sedanews.az
sedanews.az

Azərbaycanın daha bir ölkədə səfirliyi açılır - SƏRƏNCAM

14-06-2021, 13:48 325 dəfə baxılıb

Azərbaycanın daha bir ölkədə səfirliyi açılır - SƏRƏNCAM



Prezident İlham Əliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. 
Bununla bağlı prezident.az saytı məlumat yayıb.
Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. 
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edəcək. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA