sedanews.az
sedanews.az

Arkov: Sərhədə Rusiya və Türkiyə ordusu girsə...

30-07-2021, 15:13 463 dəfə baxılıb

Arkov: Sərhədə Rusiya və Türkiyə ordusu girsə...

Nikol Paşinyanın Azərbaycanla bütün sərhəd boyunca Rusiya hərbçilərinin yerləşdirilməsinin zəruriliyi barədə bəyanatı əvvəllər dəfələrlə mənim müsahibələrimdə ifadə etdiyim mövqe ilə üst-üstə düşür.
Bu barədə Axar.az-a PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.
“Təəssüf ki, regionda vəziyyət 44 günlük müharibənin nəticələrinə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata baxmayaraq, gərgin olaraq qalır. Əsas problem ondan ibarətdir ki, erməni cəmiyyətinin bir hissəsi Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında yerüstü dəhlizin formalaşması üçün zəruri olan ərazilərin bir hissəsinin Bakının nəzarətinə keçməsini qəbul edə bilmir.
Azərbaycan cəmiyyətinin müəyyən hissəsi də hazırkı vəziyyətdən heç də razı deyil. Bakıda da elə qrup insanlar var ki, bütün Ermənistanı paytaxt İrəvan da daxil olmaqla, Azərbaycanın nəzarətində olmasını istəyir”, - deyə həmsöhbətimiz qeyd edib.
Arkovun sözlərinə əsasən, Paşinyanın bu təklifi, əslində elə ilk növbədə Ermənistanın özünün 10 noyabr 2020-ci il tarixli sənədin müddəalarına riayət etməyə məcbur olacaq:
“Sərhəddə təxribat edən Azərbaycan əsgəri deyil, ermənilərin özləridir. Ona görə də rus əsgərləri ilk növbədə Ermənistan tərəfini susdurmağa çalışacaq.
Hazırda vəziyyət mənfi şəkildə inkişaf etməyə başlayıb və sərhədin bir çox hissəsində qarşıdurmalar baş verir. Bunun bir səbəbi Ermənistandakı daxili siyasi böhrana görədir. Heç növbədənkənar parlament seçkisi də bu dövlətin içindəki böhran alovunu söndürə bilmədi. Nikol Paşinyanın opponentləri yalnız taktikanı dəyişdi”.
Onun sözlərinə görə, seçkilərdə Robert Köçəryanın partiyası qələbə qazanacağı təqdirdə Ermənistan-Azərbaycan sərhədində vəziyyət daha da dramatik olardı:
“Təbii ki, Paşinyanın səsləndirdiyi bu yeni tezis revanş və Azərbaycan torpaqlarının yeni işğalına can atan erməni radikallarını qane edə bilməz. Çünki onların qarşısında rus ordusu duracaq. Anlamaq lazımdır ki, bu KTMT çərçivəsində tamamilə qanuni və bu günə qədər Nikolun səsləndirdiyi yeganə düzgün fikirdir. Bunun üçün Ermənistanın Azərbaycanla sərhədində kifayət qədər geniş zolaq yaradılmalı, bu zolaqdan Ermənistan silahlı qüvvələrinin bölmələri çıxarılmalı, nəzarət isə Rusiya sülhməramlılarına keçməlidir.
Bəllidir ki, Ankaradan Bakıya Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin əməkdaşlığı çərçivəsində analoji yardım təklifi də gələ bilər. Üstəlik, bildiyimiz kimi, hazırda iki ölkənin hərbi idarələrinin əməkdaşlığının genişləndirilməsi ilə bağlı fəal məsləhətləşmələr aparılır. Bu, həqiqətən də situasiyanın müsbət istiqamətdə irəliləməsinə gətirib çıxarar.
Bununla yanaşı, güman edirəm ki, Rusiyanın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında danışıqlara başlamağın vaxtı gəlib çıxıb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA