sedanews.az
sedanews.az

Ermənistan Bakının dediyi ilə oturub-durmağa başladı - 4 ay sonra...

18-08-2021, 14:22 287 dəfə baxılıb

Ermənistan Bakının dediyi ilə oturub-durmağa başladı - 4 ay sonra...



Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu bir neçə ay sonra yenidən bir araya gəliblər, tərəflər yenidən Moskvada görüşüblər. Bu, rəsmi İrəvanın ürəyincədirmi?! Təbii ki, xeyr.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, onun ermənistanlı həmkarı Mher Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iştirak etdiyi üçtərəfli görüşün davam etdirilməsini şübhəsiz ki, ən çox istəyən Azərbaycan idi. Bu görüş may ayının əvvəlində sərhəddə başlanan qarşıdurmadan sonra keçirilən ilk görüşdür.
10 noyabr üçtərəfli bəyanatından sonra 11 yanvar tarixində Moskva görüşündə qəbul edilən sənədlərə əsasən kommunikasiya yollarının açılması məqsədilə nəzərdə tutulan və silsilə hal alan görüşlərə mane olmaq üçün Ermənistan və revanşist qüvvələrin istəyi cəmi bir neçə ay davam etdi. 
Hələ apreldə Mher demişdi ki, Ermənistan Azərbaycan geri çəkilmədiyinə görə danışıqlardan imtina edir. Bəs nə baş verdi, dediklərinizi unutdunuz? Belə görünür ki, rəsmi İrəvan 44 günlük müharibə vaxtı yerli kütləni kontrolda saxlamaq məqsədilə uydurduqları yalanları postkonflikt dövründə daha da artırmaq məcburiyyətində qalacaqlar.
Sərhəddə vəziyyət eynidir, amma dəyişən bir şey oldu: Ermənistan baş nazirinin müavini Mher Qriqoryan 3 ay əvvəl dediyinin əksini etməyə məcbur qaldı. Buradan da aydın olur ki, rəsmi Bakı növbəti dəfə Ermənistanın planlarını pozmağı bacardı və proseslər məhz Azərbaycanın hazırladığı gündəlik əsasında gedir. Və Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən az qala hər çıxışının olduğu kimi, danışıqları "Azərbaycan ordusu tutduğu mövqelərdən geri çəkilməlidir" bəhanəsi ilə saxladıqları bu açıqlamaları da ritorikadan başqa bir şey olmadığını göstərdi. 
Lakin burada hər kəsi bir məsələ düşündürə bilər: Axı kommunikasiyaların açılması üçün sərhədlərin delimitasiyası vacibdir. Haqlı narahatlıqdır. Amma işçi qrupunun fəaliyyətə başlaması sərhədin delimitasiyasının aparılması istiqamətində də proseslərin getdiyi, konkret desək, müəyyən mənada İrəvanın razılığa məcbur edildiyi deməkdir. Prezident İlham Əliyevin son Laçın və Kəlbəcər səfəri zamanı səsləndirdiyi "heç bir geri çəkilmə olmayacaq, sərhəddə söz sahibi Azərbaycandır" fikirləri də dediklərimin əyani təsdiqidir.
Görünən odur ki, sülhməramlı kontingentin Qarabağda və Laçın dəhlizində üçtərəfli bəyanata zidd əməlləri diqqətdən qaçmasa da müharibədən qalib ayrılan tərəf kimi Azərbaycan postkonlift dövründə çevik davranaraq üstün tərəfə çevrilərək doğma torpaqlarında rəsmi İrəvana öz prinsiplərini diqtə etdirir və etdirəcək. Son proseslər belə düşünməyə əsas verir. Bu xüsusda diqqəti bir məlumat çəkir: Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin əsgərləri bir neçə gün əvvəl Şuşanın Sarıbaba kəndini tərk edib gediblər. Erməni KİV-lərində yayılan xəbərə görə, nəticədə kənddə bir nəfər də olsun silahlı şəxs qalmayıb. Bu haqda "kənd icmasının rəhbəri" Artak Akopyan bildirib.
Bu proses 10 noyabr bəyanatından sonra Zəngilan və Qubadlının düşməndə qalan bir neçə kəndinin səssiz-səmirsiz boşaldılması prosesini xatırladır. Hadisələrin gedişi rəsmi Bakının diplomatik pressinqinin işə yarıdığını və qısa zamanda Şuşa ətrafında daha təhlükəsiz bir vəziyyətin bərqərar olacağından xəbər verir. Bunun delimitasiya, demarkasiya işlərinin tərkib hissəsi olduğunu nəzərə alsaq, ermənilərin 4 aya yaxındır yenidən atəşkəsi pozaraq regiona başqa qüvvələrin gətirilməsi cəhdlərinin nəticəsiz qaldığını, bu planlarının da heç bir işə yarımadığını göstərir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA