Qırğızıstanın dövlət başçısı vaksin yardımına görə Prezident İlham Əliyevə təşəkkür edib
Qırğızıstanın dövlət başçısı vaksin yardımına görə Prezident İlham Əliyevə təşəkkür edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İstanbulda Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşüb.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüş zamanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov 40 min doza "AstraZeneca" vaksini şəklində humanitar yardım göstərilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib.Prezident Sadır Japarov bildirib:"Fürsətdən istifadə edib, bizə 40 min doza "AstraZeneca" vaksini şəklində humanitar yardım göstərilməsinə görə Sizə təşəkkürümü bildirmək istərdim. Azərbaycan vaksin istehsalçısı olmadığı halda öz xüsusi ehtiyatlarından istifadə etməklə dəyərli jest edib. Bütün bunları dostluq və qardaşlıq təzahürü hesab edirəm. Yardıma görə Sizə bir daha təşəkkür edirəm".