Almaniyanın yeni kansleri seçildi
Almaniya Bundestaqında keçirilən səsvermə nəticəsində sosial demokrat Olaf Şolz Almaniya Federativ Respublikasının yeni kansleri seçilib.
Kansler müzakirəsiz gizli səsvermə yolu ilə seçilir. Birinci turda qalib gəlmək üçün namizəd səslərin mütləq əksəriyyətini qazanmalıdır. Bu o deməkdir ki, Almaniya Federativ Respublikasının hazırkı Bundestaqında 736 deputatdan ən azı 369-u lehinə səs verməli idi.
Şolz 395 səs toplayıb.
Mənbə: RİA Novosti
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.