sedanews.az
sedanews.az

Putin Ermənistanın Qarabağla bağlı planını pozdu - İrəvan ŞƏRTini dəyişir?

18-03-2022, 13:31 248 dəfə baxılıb

Putin Ermənistanın Qarabağla bağlı planını pozdu - İrəvan ŞƏRTini dəyişir?


Rəsmi Bakı dəfələrlə Azərbaycanın regionda sülh, sabitlik, beynəxlaq hüququn normalarına uyğun şəkildə qonşuluq prinsiplərinə əməl edərək bütün region dövlətləri ilə dostluq, əməkdaşlıq şəraitində yaşamağın tərəfdarı olduğunu bəyan edib.
Azərbaycanın sülh müqaviləsi ilə bağlı İrəvana təqdim etdiyi 5 maddəlik (1 - Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; 2 - Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; 3 - Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; 4 - Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; 5 - Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması - red) baza prinsipləri də bu deyilənləri özündə ehtiva edir. 
Göründüyü kimi 5 maddənin hər biri əslində rəsmi Bakının başından bəri irəli sürdüyü tələblərdir. Yəni tələblər arasında yeni bir bəndə rast gəlmək qeyri-mümkündür. Bununla belə tələblərin indiki məqamda sülh paketi kimi özü də vasitəçi olmadan birbaşa Ermənistan tərəfinə təklif edilməsi xüsusi diqqət çəkən məqamdır. 
Bu gün Paşinyanın rəhbərliyi ilə Ermənistanın hakim partiyası Azərbaycanın təklif etdiyi 5 maddəlik təklifi müzakirə edəcəyi ilə bağlı məlumatlar da bu məqamda diqqət çəkməyə başladı. Müzakirədə Antalya Diplomatik Forumunda M.Çavuşoğlu və S.Lavrovla görüşüb Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edən Ermənistan XİN rəhbəri Ararat Mirzoyan da iştirak edəcək. O da qeyd edilir ki, müzakirə qapalı keçiriləcək. Amma xatırlayırsınızsa, bir neçə gün öncə Ermənistan Azərbaycanın 5 bəndlik sülh şərtinə cavabını açıqlamışdı. Erməni tərəfinin Bakının 5 bəndlik təklifinə Minsk qrupu ilə qarşılıq verməsi rəsmi İrəvanın şərtləri qəbul etmək istəməməsindən başqa bir şey deyil.
Rəsmi İrəvan Bakının iki dövlət arasında münasibətlərin normallaşması üçün təklif etdiyi konstruktiv 5 baza prinsipinə həmişəki kimi ATƏT-in Minsk Qrupu kartı ilə cavab verməklə Moskvanı işə qarışmağa vadar etdi. Halbuki ATƏT-in Minsk Qrupu hazırda nə iki ölkə arasında həllini gözləyən məsələləri həll etmək iqtidarında, nə də Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasında əsas rol oynayacaq səlahiyyətindədir.
Lakin rəsmi İrəvan Bakının şərtlərinə cavab verərkən 3 əsas nüansı "unutdu":
I. Minsk Qrupunun həmsədrlərinin Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində hər hansı bir təşəbbüs irəli sürmək mandatı olmadığını.
II. Həmsədrlər keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalı idilər. Azərbaycan Prezidenti və digər aidiyyatı qurumlar dəfələrlə qeyd ediblər ki, artıq belə bir münaqişə yoxdur, "status" gorbagor olub. Azərbaycan Ordusu məsələni özü həll edib. 
III. Nəzərə alsaq ki, hazırda davam edən Ukrayna-Rusiya müharibəsi var. Müharibə fonunda həmsədr ölkələr əks tərəflərdə yer alıb. Digər yandan Rusiyaya qarşı Ukraynaya iqtisadi və silah dəstəyi verən, həmçinin sərt sanksiyalar tətbiq edən ABŞ və Fransanın Azərbaycan ilə Ermənistan arasında hansısa bir sülh müqaviləsinə dair razılığa gəlməsi qeyri-real görünür.
Lavrovun Mirzoyanla görüşü, ardınca Putinin Paşinyanla telefon danışığı və ötən gün Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın ("Rusiya Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir", "Biz Ermənistan-Azərbaycan dövlət sərhədinin tezliklə delimitasiyası və demarkasiyası prosesinin başlanmasına tərəfdarıq" - red) açıqlamalarından belə nəticə çıxır ki, rəsmi Moskva sülh müqaviləsininin imzalanması üçün İrəvanın Bakının şərtilə razılığa gəlməkdən başqa seçiminin qalmadığı ilə bağlı fikrin tərəfdarıdır. Bu gün yenidən Paşinyanın rəhbərliyi ilə Ermənistanın hakim partiyasının Azərbaycanın təklif etdiyi 5 maddəlik təklifi bağlı qapılar arxasında müzakirə etməyə hazırlaşmasından belə deməyə əsas verir. Çünki hər şey məhz Rusiyanın Ermənistanla son təmasından sonra dəyişdi kimi görünməyə başladı.
Rusiya XİN-dən edilən son açıqlamalar deməyə əsas verir ki, İranla Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu Moskvanın İrəvana təzyiqini artırmağa başlayıb. Bütün bu proseslərin isə Azərbaycanın Ermənistana sülh anlaşması üçün 5 maddəlik sənəd təklifindən sonra baş verməsi, Rusiyanın Bakının İrəvana təqdim etdiyi sülh təklifini dəstəkləyəcəyini göstərir. Çünki indiki məqamda Moskva üçün ən doğru seçim də məhz budur.
Kreml yaxşı anlayır ki, Ermənistanın istədiyi kimi ABŞ və Fransanın (Minsk Qrupunun üç həmsədrindən ikisi - red) regionda mövcud olmağa başlaması bu gün Ukrayna krizindən necə çıxacağı bəlli olmayan Rusiyaya növbəti şok ola bilər. Odur ki, görünür yaranan hazırki geosiyasi vəziyyətdə Moskva ən doğru seçim kimi məhz 10 noyabr, 11 yanvar 2020-ci il və 26 noyabr 2021-ci il (Soçi görüşü) bəyanatlarını özündə ehtiva edən Azərbaycanın 5 bəndlik şərtini qəbul edərək iki ölkə arasında sülhün imzalanmasının ən doğru variant olduğu qənaətindədir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA