Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillər
İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Ölkə başçısı cənab İlham Əliyevin Türkmənistana səfəri və Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirakı xüsusi diqqətə layiqdir. Prezident çıxışında Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə aktında imzalanmış konversiyanın böyük tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı. Xəzər dənizini əhatə edən beş dövlət arasında status məsələsinə aydınlıq gətirilməsi hər zaman təxirə salınmaz məsələ hesab olunub, aktuallığına görə ön planda durmuşdur. Şübhəsiz ki, hər bir toplantıda, hər bir sammitdə ölkə rəhbərimizin iştirakı mövcud məsələlərin həllinə yönəlir addım kimi diqqətdən yayınmır. Cənab Prezident İlham Əliyevin iştirak etdiyi hər bir tədbirdə səsləndirdiyi fikirlərlə, faktlarla irəliyə doğru böyük addımlar atılır və həmin tədbir bu baxımdan öz vacibliyi ilə yadda qalır. Bu mənada ölkə başçısının Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı da diqqətə layiqdir və cənab Prezident İlham Əliyevin bu toplantıdakı çıxışında məhz Xəzər dənizində təhlükəsizlik, gəmiçilik, balıqçılıq, ekologiyanın, su ehtiyatlarının qorunması və digər məsələlərlə bağlı səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir, çünki son dərəcə əhəmiyyətli məsələlərin həllini əhatə edir.
Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbədən sonra yaratdığı reallıqlar var. Həmin reallıqlar Zəngəzur dəhlizinin açılmasının, daha sonra isə Türkiyə vasitəsi ilə Aralıq dənizi hövzəsinə çıxışın təmin edilməsi deməkdir. Bütün bunlar o deməkdir ki, Azərbaycanla əməkdaşlığın yaxşılaşdırılmasına hər bir ölkə, xüsusəndə Xəzəryanı ölkələr çox maraqlıdırlar və bu fonda da Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı son dərəcə əhəmiyyətli hesab olunur. Ölkə rəhbəri cənab Prezident İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi, uğurlu strategiyası nəticəsində reallaşdırılmış neft-qaz kəmərləri, digər transmilli layihələr Azərbaycan regionun ən əhəmiyyətli ölkəsinə çevrilib. İstər iqtisadi, istər siyasi, istərsə də coğrafi, yaxud hər hansı baxımdan Azərbaycanın əhəmiyyətini artırdığını göstərmək mümkün deyil və bu baxımdan da bütün beynəlxalq platformalarda ölkəmizin qaldırdığı hər hansı məsələ həmişə öz müsbət həllini tapır. Liderlərin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı əldə etdiyi Zirvə toplantısının əhəmiyyəti olduqca böyükdür. Belə təmasların, dialoqun olması dövlətlərarası münasibətlər sistemində son dərəcə vacib hesab olunur.
Leyli Rüstəmova
Suraxanı rayonu 315 №-li tam orta
məktəbin Təlim-tərbiyə işləri üzrə
direktor müavini