sedanews.az
sedanews.az

Prezident İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib

5-12-2022, 12:45 270 dəfə baxılıb



        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.
   REAL xəbər verir ki, İqor Levitin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.
   Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, o cümlədən iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edildi, nəqliyyat-infrastruktur sahələrində həyata keçirilən birgə işlərin önəmi qeyd olundu.
   Söhbət zamanı ikitərəfli və regional müstəvidə nəqliyyat, tranzit, logistika, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi imkanlarının genişləndirilməsi və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə edildi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA